• AZ
  • RU
  • EN
  • TİCARƏT NİŞANI (BREND) KONSEPSİYASI

    INAX korporasiyası 1924-cü ildə yaradılmışdır. Yarandığı ilk günlərdən bu şirkət bir sıra sənaye yeniliklərinin, o cümlədən dünyada ilk avtomatik duş-tualetin, avtomatik su boru kranının və müasir dövrün tələblərinə cavab verən digər texnoloji yeniliklərin təşəbbüskarına çevrilmişdir.

     

    Şirkət sanitar qovşağı texnikasının bütün növlərinin, həmçinin, dekorativ interyer və fasad plitəsinin, otaqlarda rütubət səviyyəsini tənzimləmək və zərərli maddələri və xoşagəlməz qoxuları aradan qaldırmaq qabiliyyətinə malik olan daxili işləmə üçün ECOCARAT materialının istehsalçısıdır.

     

     

    INAX  ŞİRKƏTİNİN TARİXİ


    1924 // Plitə və keramik boruların istehsalı üzrə şirkətin yaradılması

    1945 // Sanitar qovşağı avadanlığı istehsalının başlanğıcı

    1967 // “Sanitarina 61” ilk duş-tualetin yaradılması.

    1990 // Dünyada ilk "Automage" elektron avtomatik su boru kranının istehsalı.

    1998 // ECOCARAT nəfəs alan divar keramik plitəsinin yaradılması

    2007 // INAX şirkətinin sanitar qovşağı avadanlığında istifadə olunan bakteriyalar əleyhinə texnologiyalar beynəlxalq İSO sertifikatına layiq görülür.

    2012 // Azərbaycanda Bakı şəhərində INAX şou-rumun (sərgi-satış salonunun) açılışı.

     

    Yaponiya ərazisində INAX korporasiyası tərəfindən plitə, sanitar qovşağı avadanlığı və mebel istehsalı ilə məşğul olan 13 zavod inşa edilmişdir.

     

    Son 20 il ərzində “INAX Corporation” dünyanın 7 ölkəsində öz müəssisələrini və nümayəndəliklərini açmışdır.

    Yuxarı