• AZ
  • RU
  • EN
  • KOHKIN (bakteriyalar əleyhinə)

    INAX şirkətinin vəzifəsi əmək şəraitinin və əlverişli mühitin yaradılmasından, yaşayış keyfiyyətinin və sağlamlığın səviyyəsinin yüksəldilməsindən ibarətdir. Son 20 il ərzində INAX məhsullarının əksəriyyətinin R & D (Tədqiqat və İşlənib Hazırlanma) meyarı və bu məqsədə nail olmaq üçün texnologiyalar əmələ gəlmişdir. Xüsusilə, INAX şirkəti bakteriyalar əleyhinə texnologiyalar sahəsində beynəlxalq səviyyədə tanınmışdır və plitələrin, ayaqyoluların, çanaqların və digər sanitar keramikanın bütün dünyada istehsal sahəsində KOHKIN (bakteriya əleyhinə) mükafatlandırma işində ön sıralarda yer tutur. 

     
    PROGUARD (Ləkələrə müqavimət)

    Vaxt keçdikcə adi keramik səthlər və sanitar avadanlığı adətən silikat və əhəng kimi qeyri-üzvi olan yığıntıları toplayır ki, onlar da ayaqyolunda, çanaqların və digər keramik materialdan olan səthlərin üzərində çirkin və ərpin əmələ gəlməsinə yardım edir. Adətən, bu ləkələr su xətti və ayaqyoluna gedən cərəyan xətti üzərində, yaxud çanaqların və hovuzların su kranları ətrafında yaranma tendensiyasına malikdir. Bu yığıntılar təmizləməni çətinləşdirir və eyni zamanda keramik səthlərin hamarlığını və parlaqlığını pisləşdirir.